“Ötən il Prezident İlham Əliyevin tapşırığı əsasında kompleks sosial tədbirlər proqramı hazırlanıb”.
Eləcə də bax: “Ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb”
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, yaranmış vəziyyətə uyğun yeni xərclər maliyyələşdirilib: “Gəlirlərin azalması Dövlət Neft Fondundan transfertin məbləğinin artırılması ilə tənzimlənib. Hesabat ilində götürülmüş bütün sosial öhdəliklər tam yerinə yetirilib. Eyni zamanda, pandemiyadan zərərçəkən sahələrin dəstəklənməsi nəticəsində pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılmasına nail olunub. Pandemiyaya baxmayaraq, ordu quruculuğu, təhlükəsizlik xərcləri təmin olunub. Manatın məzənnəsinin sabitliyi qorunub. Pandemiyanın dünya iqtisadiyyatına təsirlərini göstərdiyi ilk aylarda Azərbaycanın valyuta bazarında gərginlik yaşanırdı. Azərbaycan dövlətinin 2020-ci il ərzində pandemiya ilə mübarizə sahəsində atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən də izlənir. Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin bu sahədə gördüyü tədbirlərin mühüm rolunu vurğulayıb və hökumətin keçirdiyi tədbirləri çevik və adekvat qiymətləndirib”. (Apa)