“İqtisadiyyatımız 2020-ci ildə böyük mənfi təsirlərə məruz qalıb. Amma biz bu il böyük islahatlar həyata keçirdik və sınaqlardan üzüaçıq çıxdıq”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
"Ölkəmizdə elə idarəetmə sistemi formalaşıb ki, sınaqlardan üzüaçıq çıxırıq. Müəyyən ssenarilərə görə, bizim iqtisadiyyatımız 10 %-ə qədər kiçilə bilərdi. Biz əlimizdəkiləri itirə bilərdik. Müəyyən vergi güzəştləri həmin müddətdə verildi. Bir çox tədbirlər görüldü və görülməkdədir”, - deyə o, qeyd edib. (Report)