“Neft hasilatının azalması ilə əlaqədar gəlirlərimiz də azalmışdı. Hasilatın azalması labüd idi. Bu, neft bazarında qiymətlərin müəyyən səviyyədə saxlanılmasına təkan verdi”.
Eləcə də bax: “İlin sonuna Azərbaycan iqtisadiyyatının 4%-dək kiçilməsi gözlənilir”
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, həmin dəyişikliklər həm ÜDM-ə təsir göstərdi, həm də neft gəlirləri azaldı: “2020-ci ildə pandemiya ilə əlaqədar bir çox sahədə iqtisadi fəaliyyətin məhdudlaşması mənfi təsir göstərməyə bilməzdi. Belə olan halda 2020-ci ildə mənfəət vergisi üzrə daxilolmalarda da böyük artım gözlənilmir. Hökumət tərəfindən iqtisadiyyatın canlandırılması üçün vacib tədbirlərin görülməsi nəzərdə tutulur. İqtisadi və sosial dəstək paketinin bir qismi reallaşıb, bir qisminin isə növbəti ildə də reallaşması planlaşdırılır. Hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun”. (Apa)