Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” (Instituto de Credito Oficial) arasında təcrübə mübadiləsi çərçivəsində fondun nümayəndə heyəti Madrid şəhərində olub.
Azərbaycanda I yarımildə 103 milyon manata yaxın güzəştli kredit verilib
SİF-dən FED.az-a bildirilib ki, səfər sözügedən qurumun təcrübəsinin öyrənilməsi və SİF-in beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə həyata keçirilib.
Görüşlərdə hər iki qurumun fəaliyyət istiqamətləri barədə məlumat verilib, maliyyə mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Instituto de Credito Oficial” bir sıra maliyyə mexanizmləri, o cümlədən kredit, zəmanət, səhm kapitalına yatırım, vençur kapitalı, ixrac maliyyə mexanizmləri vasitəsilə bizneslərə dəstək olur, dövlət və ya özəl layihələrin maliyyələşdirməsini həyata keçirir.