İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunda (SİF) müvəkkil kredit təşkilatlarının nümayəndələrinin suallarının operativ cavablandırılması məqsədilə işçi qrup yaradılacaq.
Eləcə də bax: Bu il güzəştli kreditin 99,3%-i regionlardakı - SAHİBKARLARA VERİLİB
FED.az SİF-ə istinadən xəbər verir ki, bununla bağlı qərar Fondun kredit təşkilarlarının nümayəndələrinin və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin iştirakı ilə təşkil etdiyi onlayn görüşdə qəbul edilib.
Görüşdə kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibkarlar arasında daha sıx əlaqə yaradılması imkanları müzakirə olunub. Fondun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev qurumun builki prioritet istiqamətləri, kredit təşkilatlarından gözləntiləri təqdimatla çıxış edib, aqrar sektorun inkişafının təmin edilməsi baxımından güzəştli kreditlərin verilməsində emalyönümlü layihələrə üstünlük verilməsinin zəruriliyini vurğulayıb. (Report)