İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinə (İH) sədr təyin edilib.
Eləcə də bax: Xalid Əhədov Prezidentə köməkçi təyin edildi - SƏRƏNCAM
FED.az Fonda istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə sözügedən vəzifə Osman Xaliyevə həvalə olunub.
Qeyd edək ki, Osman Xaliyev 2020-ci ilin noyabrında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci ilin iyun ayının 1-dən isə İdarə Heyəti sədrinin müavini təyin olunub. Eyni zamanda, 2021-ci ilin avqust ayının 13-dən İdarə Heyətinin sədrinin vəzifələrini icra edib.