İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını 40-dan 45-ə çatdırıb.
Eləcə də bax: SİF xətti ilə ən böyük kredit verən banklar açıqlandı – SİYAHI
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müvəkkil bankların siyahısına “Azərbaycan Sənaye Bankı”, "Bank BTB" və "Naxçıvan Bank" ASC-lər, "YapıKredi Bank Azərbaycan" QSC əlavə olunub, onların sayı 19-dan 23-ə çatıb.
Müvəkkil bank olmayan kredit təşkilatlarının (BOKT) siyahsına isə "City Finance", "Embafinans", "İdeal Kredit" və "PSG Finans" MMC-lər əlavə edilib, onların sayı 6-dan 10-a çatıb.
Bundan başqa, müvəkkil kredit ittifaqlarının siyahısından “Nuranə Kredit İttifaqı" tam ortaqlığı, 2020-21-ci illərdə lisenziyaları ləğv olunmuş "Optimal Kredit İttifaqı", "Böyük İsti-Su Kredit İttifaqı" və "Mikro Maliyyə Kredit İttifaqı" MMC-lər çıxarılıb, siyahıya "Sevinc Kredit İttifaqı" MMC əlavə olunub. Bununla da, kredit ittifaqlarının sayı 15-dən 12-yə düşüb.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə prezidentinin 31 iyul 2018-ci il tarixli fərmanı ilə 1992-ci ildən fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb.