Bu ilin əvvəlindən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) 1 589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verib.
Eləcə də bax: Azərbaycanda güzəştli kredit alanlar - 2 DƏFƏ ARTIB - MƏBLƏĞ
FED.az Fonda istinadən xəbər verir ki, kreditlərin say olaraq 96,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,5%-i sənaye məhsullarının istehsalı və emalı, 0,4 %-i turizm, 0,8%-i isə digər (xidmət, tibb və s.) sahələrin inkişafına yönəldilib.
Kreditlərin məbləğ üzrə isə 71%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 14,8%-i sənaye məhsullarının istehsalı və emalı, 2%-i turizm, 12,2%-i isə digər (xidmət, tibb və s.) sahələrin payına düşüb.