Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı çərçivəsində müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Ağdaşda plastik məmulatların istehsalına - GÜZƏŞTLİ KREDİT AYRILIB
SİF-dən FED.az-a bildirilib ki, onlayn görüşdə Fondun güzəştli kredit mexanizmi ilə bağlı 2023-cü il üzrə müəyyənləşmiş prioritet istiqamətlər diqqətə çatdırılıb. Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı müraciətlərinə dair məsələlər müzakirə edilib, təkliflər dinlənilib.