Bu ilin 9 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SIF) tərəfindən 1963 layihəyə 90,2 milyon manat güzəştli kredit verilib.
Eləcə də bax: Sahibkarlığın İnkişafı Fondu 30 ildə 3 milyard manata yaxın - KREDİT VERİB
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri İsmayıl Hüseynov deyib.
Şöbə müdiri qeyd edib ki, güzəştli kreditlərin sayı üzrə 99,95 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. (Azərtac)