İpoteka və Kredit Zəmanət Fondunda Sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizminə həsr olunmuş görüş keçirilib.
İpoteka Fondunun xətti ilə - 45 533 İPOTEKA KREDİTİ VERİLİB
FED.az Fonda istinadən xəbər verir ki, görüşdə qurumla əməkdaşlıq edən 18 müvəkkil bankın 50-dən çox təmsilçisi iştirak edib.
Görüşdə portfel təminatı mexanizmi ilə bağlı təqdimat nümaiş etdirilib, bank əməkdaşlarının sualları cavablandırılıb.