Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlardan dövlət zəmanəti ilə kredit almaq üçün 1,7 milyard manat məbləğində 6 940 müraciət daxil olub.
Eləcə də bax: Ötən il 131 mln. manatlıq güzəştli kredit - VERİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.
Onun sözlərinə görə, bu müraciətlərdən 2 630-na müsbət cavab verilib və dövlət zəmanəti ilə 499,8 milyon manat kredit verilib. Kreditlərin say üzrə 99,4 %-i, məbləğ üzrə isə 91,7 %-i mikro, kiçik və orta sahibkarlarıq subyektlərinin payına düşüb.
Xatırladaq ki, 30 iyun 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədərki dövrü əhatə edən proqram çərçivəsində 500 milyon manatlıq kreditə 300 milyon manata qədər dövlət zəmanətinin verilməsi, eyni zamanda kredit faizlərinin 10 faiz bəndinə qədər hissəsinin subsidiyalaşması nəzərdə tutulurdu.