İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G forum keçirilib.
Sahibkarlığın İnkişafı Fondu 7 ayda verdiyi kreditin məbləğini - AÇIQLAYIB
Fonddan verilən FED.az-a verilən məlumata görə, 100-ə yaxın biznes nümayəndəsinin iştirak etdiyi forumda SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev qurumun fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri barədə məlumat verib.
İdarə Heyətinin sədri qeyd edib ki, Fondun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, eləcə də dövlət və sahibkarlar arasında əməkdaşlığın və qarşılıqlı inam mühitinin inkişafına nail olmaqdır.
Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Fond tərəfindən 1295 layihənin maliyyələşdirilməsinə 64,8 milyon manat güzəştli kredit verilib. Verilən güzəştli kreditlərin regionlar üzrə məbləğə görə bölgüsündə 16,3 milyon manat Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 48,5 milyon manat isə digər regionların payına düşüb. Kreditlər hesabına 937 yeni iş yerinin yaradılması nəzərdə tutulur.