2019-cu ilin yanvar ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9 829 (1 122 hüquqi şəxs, 8 707 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1% çoxdur. Bu barədə FED.az-a Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən məlumat verilib.
Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 48,9%-i regionların payına düşüb. Bununla da 1 fevral 2019-cu il tarixinə vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin ümumi sayı 979 330-a çatıb. Ay ərzində 1 083 kommersiya hüquqi şəxsin 63,7%-i, 8 707 fiziki şəxsin isə 3,3%-i qeydiyyatdan elektron qaydada keçib. 2019-cu ilin ilk ayında qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 332 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Qeydiyyatdan keçmiş NKA-ların sayı 2 293, POS-terminalların sayı isə 890 olub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 82,7% və 26,8% çoxdur.
ELƏCƏ DƏ BAX: Tikinti və bank sahəsində korrupsiya daha çoxdur – RƏSMİ