Azərbaycanda on min manatadək olan güzəştli kreditlərin əldə olunması daha da asanlaşıb. Belə ki, on min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlanılıb.
Eləcə də bax: Azərbaycanda ən çox güzəştli kredit verən banklar - AÇIQLANIB - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə məlumat verilib.
10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənəd təqdim edə bilməməsidir. Banker.az Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, bu çətinliyin aradan qaldırılması məqsədilə kredit tələbatı 10 min manatadək olan və fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün həmin sənədi əvəz edəcək “Bildiriş forması” hazırlanıb. Bu forma sahibkarın müraciəti əsasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerlərdə fəaliyyət göstərən əməkdaşları (KOB Dostu) tərəfindən doldurulacaq və sahibkar tərəfindən müvəkkil kredit təşkilatına təqdim ediləcəkdir. KOB Dostu sahibkarın fəaliyyət göstərdiyi yerə baxış keçirərək qeyd edilən yer və ya əmlakın maddi-texniki təchizatına dair məlumatları “Bildiriş forması”na əlavə edəcək və bu forma sahibkarın fəaliyyət göstərəcəyi yerə dair sənəd kimi qəbul olunacaq.