Balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönündə layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kredit mexanizmi üzrə 2024-cü il üçün müəyyənləşdirilmiş prioritet istiqamətlərdəndir.
SİF: Kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarların payı 97,1 təşkil edib
FED.az xəbər verir ki, Fondun məlumatına görə, balıq (qida və ya dekorativ məqsədli) və balıq məhsullarının, həmçinin su mühitində faydalı orqanizmlərin yetişdirilməsini, eləcə də akvaponikdə lobya, kələm, brokkoli, xiyar, pomidor, bibər, badımcan, kivi, portağal, çiyələk, müxtəlif göyərti növləri və dərman bitkilərinin becərilməsini nəzərdə tutan layihələr bu prioritet istiqamətə aid edilir. Sahibkarlar belə layihələr üzrə SİF-in güzəştli kreditlərindən yararlana bilərlər.