Ukraynadakı müharibə səbəbindən Rusiya vətəndaşlarının kütləvi şəkildə Ermənistan və Gürcüstana köçürülməsi ilə əlaqədar bu ölkələrin milli valyutaları dollar qarşısında ən çox bahalaşan valyutaya çevrilib.
Ukraynadakı müharibənin iqtisadi artıma səbəb olduğu ölkələr - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Bloomberg-ə istinadən bildirir ki, ilin əvvəlindən Ermənistan dramı 22%-dən çox, gürcü larisi isə 16% artıb, Tacikistan somonisi də ABŞ dollarına nisbətdə möhkəmlənmə sürətinə görə liderlər sırasındadır.
“Ermənistan dramı ilin əvvəlindən dollara nisbətdə 22%-dən çox artaraq dünya valyutaları arasında ən böyük artım nümayiş etdirib. Gürcü larisi və tacik somonisi müvafiq olaraq 16% və 10%-dən çox bahalaşıb.
Keçmiş sovet respublikalarının valyutalarının ABŞ dolları qarşısında möhkəmlənməsinin əsas səbəblərindən biri Gürcüstan və Ermənistana on minlərlə rusiyalının gəlməsi olub. Fevralın sonundan bu ölkələrə “milyarlarla dollar ekvivalentində” əmanət köçürüblər.
“Məhz ruslar geosiyasi problemlərə görə bu ölkələrə uzun müddət köçür, pullarını bu cür valyutalarda saxlayır və məzənnəni artırırlar”, - Freedom Holding Corp-un aparıcı analitiki bildirib.
Hesabat müəllifləri bildirir ki, rus rublu artıq sərbəst dövriyyədə olan pul vahidi sayılmır - təcili kapital nəzarəti onun çökməsinə səbəb olub.
Rusiya vətəndaşlarının axını və böyük yatırım etməsi iqtisadi artımı da gücləndirir. Belə ki, noyabrda «Renaissance Capital» investisiya şirkəti elan etmişdi ki, bu il Ermənistan iqtisadiyyatının 5% artacağı proqnoz edilsə də, Rusiyalıların axını nəticəsində iqtisadi artım 14%-ə çata bilər.