Belarus Rusiyaya borcunun həcminə görə lider olub, bu ölkənin Rusiya Federasiyasına 8 milyard dollardan çox borcu var.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının məlumatlarında bildirilir.
Təşkilatın hesablamalarına görə, 2022-ci ilin sonuna xarici dövlətlər və onların rezidentlərinin Rusiyaya cəmi 28,9 milyard dollar borcu var. İl ərzində bu məbləğ 2,3 milyard dollar artıb.
Borclu ölkələr arasında ilk yeri 8,24 milyard dollarla Belarus, 5,86 milyard dollarla Banqladeş, üçüncü yeri isə 3,75 milyard dollar borcu ilə Hindistan tutur.
Rusiyanın ilk 8 borclu ölkəsi siyahısına həmçinin Misir (1,82 milyard dollar), Vyetnam (1,39 milyard dollar), Əfqanıstan (1,2 milyard dollar), Yəmən (1,18 milyard dollar) və Serbiya (920 milyon dollar) daxildir.