Rusiyanın Federal Gömrük Xidməti ölkənin xarici ticarət rəşəmlərini açıqlayıb. FED.az xəbər verir ki, məlumatlara görə, 2018-ci ilin ilk 8 ayında Rusiyanın ixracı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 27,5% artaraq 410,2 milyard dollara, idxal isə 6,4% artımla 218,8 milyard dollara yüksəlib.
Bu dövrdə Rusiyanın xarici ticarəti ümumilikdə 19,3% artaraq 629 milyard dollara, xarici ticarətdə müsbət saldo isə 65% artaraq 191,4 milyard dollar olub. Ötən ilin ilk 8 ayında Rusiyanın ən böyük xarici ticarət ortağı olan Çinlə ticarəti 27,3% artaraq 98,7 milyard dollara çatıb.
Türkiyə ilə ticarət isə 17,9% artaraq 23,2 milyard dollara yüksəlib.
Eləcə də bax: Azərbaycanın Rusiyadakı butiklərində satılacaq – MƏHSULLAR