Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 1,1% (və ya 6,2 milyard dollar) artaraq 2022-ci il mayın 27-də 589,6 milyard dollar təşkil edib.
Eləcə də bax: Ukrayna Milli Bankı uçot dərəcəsini rekord - 25%-Ə QALDIRIB
FED.az xəbər verir ki, bu barədə, Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir.
“Beynəlxalq ehtiyatlar mayın 27-nə müsbət yenidən qiymətləndirmə nəticəsində bir həftə ərzində 6,2 milyard ABŞ dolları və ya 1,1% artaraq 589,6 milyard ABŞ dolları təşkil edib”, - məlumatda deyilir.
20 may 2022-ci il tarixinə beynəlxalq ehtiyatlar 583,4 milyard dollar təşkil etmişdi.
Rusiya Mərkəzi Bankı və Rusiya Federasiyası Hökuməti tərəfindən saxlanılan yüksək likvidli aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalarda vəsaitlərdən, xüsusi borclanma hüquqlarından, BVF-dəki ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.
Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Qərbin sanksiyaları nəticəsində Rusiyanın təxminən 300 milyard dollar qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.
Qərb ölkələri Rusiyanın Ukraynaya hücumundan sonra Mərkəzi Banka qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlara qadağa qoyulub. (Marja)