Beynəlxalq reytinq agentliyi S&P Rusiyanın uzunmüddətli xarici valyutada suveren kredit reytinqini “BB+”-dan “CCC-”-yə, milli valyutada uzunmüddətli reytinqini isə “BBB-”-dən “CCC-”-yə endirib.
Eləcə də bax: “Moody’s” Rusiyanın reytinqini altı pillə - AŞAĞI SALDI
FED.az xəbər verir ki, reytinqlər "mənfi" proqnozla "CreditWatch" siyahısına (reytinq nəzərdən keçirilir) yerləşdirilib.
Agentliyin məlumatına görə, beynəlxalq sanksiyalar Rusiyanın mövcud valyuta ehtiyatlarını, o cümlədən xarici valyutada depozitlər və ABŞ, Avropa İttifaqı və Yaponiyada qeydə alınmış qiymətli kağızlar da daxil olmaqla, demək olar ki, yarıya qədər azaldıb ki, bu da xarici valyutaya tələbatın artdığı bir vaxtda ölkənin xarici likvidliyini zəiflədib.
Açıqlamada qeyd edilib ki, sanksiyalardan sonra Rusiyanın defolt riskini əhəmiyyətli dərəcədə artb.
G7 ölkələrindən yeni məhdudiyyətlərin və Rusiya hökumətinin rublu qorumaq üçün tətbiq etdiyi kapital nəzarətinin ölkənin borcunu ödəmə qabiliyyətini məhdudlaşdıra biləcəyinə diqqət çəkilərək, ölkənin “mənfi” monitorinqdə olduğu bildirilib.
Standard & Poor's (S&P) fevralın sonunda Rusiyanın xarici valyutada uzunmüddətli kredit reytinqin “BBB-”dən “BB+”a, yerli valyutada uzunmüddətli kredit reytinqini isə “BBB”dən “BBB-”yə endirmişdi. (Marja)