Ötən ilin sonunda Rusiyanın qızıl ehtiyatları 155.9 milyard dollara çataraq yeni rekorda imza atıb
"Qızılın qiyməti 2024-cü ildə bir unsiya üçün 2,5 min dolları keçə bilər"
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Fiziki baxımdan ehtiyat təxminən 35 ton artıb.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Maliyyə Nazirliyi 2024-cü il yanvarın 15-dən fevralın 6-dək büdcə qaydasına uyğun olaraq 69.1 milyard rubl məbləğində valyuta və qızıl satışını həyata keçirəcək.