Bir qədər əvvəl Ukraynaya hücum və qonşu ölkəni işğal etməsi səbəbindən Qərbin ağır iqtisadi sanksiyalarına məruz qalan Rusiya növbəti xoşagəlməz sürprizlə qarşılaşıb.
Rusiya-Ukrayna müharibəsinin Azərbaycan tikinti bazarına təsiri - AÇIQLANDI
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının xaricdə, o cümlədən Avropada dondurulmuş ehtiyatları Ukraynaya verilə bilər.
Bu barədə Ukraynanın iqtisadiyyat nazirinin 1-ci müavini Denis Kudin bildirib. O xatırladıb ki, xarici hökumətlər Rusiya Mərkəzhi Bankının 415 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarını həbs ediblər.
«Bu məbləğ Ukraynanın müharibə nəticəsində üzləşdiyi birbaşa itkiləri qarşılamağa kifayət edir», – deyə ukraynalı nazir bildirib.
Kudin bildirib ki, Ukrayna tərəfi öz qərb tərəfdaşları ilə birlikdə, həbs edilmi vəsaitlərin Ukrayna iqtisadiyyatının dirçəldilməsinə yönəldilməsi ilə bağlı yeni hüquqi mexanizm hazırlayırlar.