Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları fevralın 3-dən fevralın 10-dək 2% azalaraq 589 milyard dollar təşkil edib.
“Beynəlxalq ehtiyatların həcmi mənfi yenidən qiymətləndirmə, eləcə də fiskal qaydada həyata keçirilən əməliyyatlar nəticəsində bir həftə ərzində 12 milyard ABŞ dolları və ya 2% azalaraq fevralın 10-na 589 milyard ABŞ dolları təşkil edib”, - FED.az xəbər verir ki, tənzimləyicinin məlumatında deyilir.
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları valyutalardakı vəsaitlərdən, qızıldan, xüsusi borclanma hüququndan (SDR) ibarətdir.
2022-ci ildə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 8,4% azalıb və bu il yanvarın 1-nə 577,5 milyard dollar təşkil edib. Ölkənin ehtiyaları 18 fevral 2022-ci il tarixində 643,2 milyard dollara çatmışdı. (Marja)