"Home Credit Bank"ın araşdırmasına görə, rusların təxminən yarısı (44%-i) rublun dollar və avroya nisbətdə daha da bahalaşacağını gözləyir, kişilər isə bu məsələdə daha nikbindirlər.
"Respondentlərin əksəriyyəti (44%) milli valyutanın ABŞ dolları və avroya nisbətdə möhkəmlənməsini davam etdirəcəyini gözləyir", - ekspertlər müəyyən ediblər.
FED.az xəbər verir ki, bununla yanaşı, respondentlərin 12%-i rublun xarici valyutalara nisbətdə mövqelərində ciddi dəyişiklik olmayacağına inanır, Rusiya vətəndaşlarının 21%-i isə milli valyutanın zəifləyəcəyini gözləyir.
Araşdırmaya görə, kişilər bu mövzuda əks cinsdən daha nikbindirlər. Kişilərin 47%-i rublun bahalaşacağını gözləyir, qadınların isə yalnız 41%-i oxşar proqnozlar verir.
"Yüksək qeyri-müəyyənliyə baxmayaraq, rublun möhkəmlənməsinə kapitalın hərəkətinə tətbiq edilən məhdudiyyətlər və ixracatçı şirkətlərin valyuta gəlirlərini satmaq üzrə öhdəlikləri təsir edəcək", - deyə "Home Credit Bank"ın analitiki Stanislav Dujinski bildirib. O, əlavə edib ki, idxalın azalması, eləcə də yüksək dünya qiymətləri Rusiya ixracının əsas məhsullarının fiziki həcmindəki azalmanı kompensasiya edir.
“Bütün bu amillərin təsirini nəzərə alaraq və xarici vəziyyətin kəskin pisləşməsinin olmadığı bir şəraitdə, doğrudan da, Rusiya rublunun rəvan möhkəmlənməsi tendensiyasının davamını gözləmək olar”, - deyə Dujinski yekunlaşdırıb. (Marja)