Rusiya hökuməti ölkədən xaricə pul köçürmələrinə məhdudiyyət qoymağa hazırlaşır.
Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfəyədək azalıb
FED.az xəbər verir ki, qanuna nəzərdə tutulan dəyişiklikyə əsasən, məhdudiyyət tətbiq ediləndən sonra bank hesabı açmadan xaricə birdəfəyə yalnız 100 min rubl (indiki məzənnə ilə 1100 dollar) köçürmək mümkün olacaq, hazırda bu məbləğ 200 min rubl təşkil edir.
Rusiya hökuməti bu dəyişikliklə bağlı «Rosfinmonitoring»in təşəbbüsünü dəstəkləyib və bu barədə qanun hazırlanıb. Amma bildirilir ki, bu düzəliş xaricə pul köçürülməsi ilə bağlı aylıq limitə təsmir etməyəcək.