Bu ilin 1-ci rübündə Rusiyadan ən çox pul Azərbaycana göndərilib.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.
Azərbaycana pul göndərişləri zamanı bir göndərişin orta məbləği 11 560 rubl və ya 154 dollar (260 manat) təşkil edib.
Rusiyadan göndərilən pulların həcmitnə görə, ikinci yeri Belarus tutur, bu ölkəyə orta çekin məbləği 10 077 rubl və ya 135 dollar təşkil edib.
Üçüncü yeri Qazaxıstan tutub, bu ölkəyə də göndərilən məbləğ açıqlanmasa da, orta çekin məbləği 22,54 min rubl və ya 300 dollar təşkil edib.