2024-cü ilin 1-ci rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri yarıbayarı azalıb.
FED.az xəbər verir ki, 2024-cü ilin birinci rübündə xaricdəki fiziki şəxslərin Azərbaycana pul köçürmələri 294,42 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 35% azdır.
Hazırda Azərbaycana xaricdən ən çox pul köçürmələri Rusiyadan həyata keçirilir – 155 milyon dollar və ya 2 dəfə azalma. Rusiyadan gələn pullar ölkəyə bütün köçürülən pulların 53%-ni təşkil edir.
Fiziki şəxslər tərəfindən Azərbaycana ən çox pul köçürülən digər ölkələr Türkiyə - 40 milyon dollar (artım 22%), ABŞ - 14,4 milyon dollar (azalma 9%), Gürcüstan - 9,26 milyon dollar (artım 1,5%) dəfə) və Böyük Britaniya - 8,3 milyon dollar (10% azalma).