2022-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələri 5 dəfəyə yaxın artaraq 3s milyard dollara yaxınlaşıb.
Azərbaycana xaricdən pul köçürmələri - 60%-Ə YAXIN ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ildə Rusiyadan Azərbaycana 2 milyard 969 milyon 440 min dollar həcmində pul baratları köçürülüb.
2022-ci illə müqayisədə Rusiyadan pul köçürmələri 4,7 dəfə artab. Xatırladaq ki, 2021-ci ildə qonşu ölkədən Azərbaycana cəmi 623 milyon dollar pul köçürülmüşdü.
Artım nəticəsində, əgər 2021-ci ildə Azərbaycana xaricdən gönərilən bütün pulların 55%-i Rusiyanın payına düşürdüsə, 2022-ci ildə bu göstərici 82%-ə yüksəlib.
Azərbaycandan Rusiyaya göndərilən vəsaitlərin həcmində isə azalma var. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Rusiyaya 117 milyon dollar göndərilmişdisə, 2022-ci ildə bu rəqəm 90 milyon dollara enib.
Ümumilikdə 2022-ci ildə xaricdən Azərbaycana 3 milyard 620 milyon dollar vəsait köçürülüb ki, bu da 2021-ci ildən 3,2 dəfə və ya 2 milyard 487 milyon dollar artıqdır.