Rusiyada yuanın məzənnəsi bir ildən artıq müddətdə ilk dəfə 12,5 rublu ötüb.
"Rublun ucuzlaşması Azərbaycan üçün arzuolunan deyil"
FED.az xəbər verir ki, yuan/rubl məzənnəsi 12,526 rubl səviyyəsində əməliyyat edilib. Sonuncu dəfə belə səviyyələr 19 aprel 2022-ci ildə qeydə alınıb.
Dollar bu gün 90,9025 rubl təşkil edib. Avro 99 rubla yaxınlaşıb (98,975 rubl).
Rublun ucuzlaşması, iyun vergi dövrünün bitməsindən sonra ixracatçıların xarici valyuta satışlarını azaltmaları ilə sürətlənib. Həmçinin 23-25 iyun hadisələri də rubla təzyiqi artırıb. (Marja)