Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələrinin qadağan olunması təklif edilib. Köçürülən məbləğ maaşı keçərsə, gəlir mənbəyini təsdiqləyən bəyannamə təqdim olunmalıdır.
Rusiyada qanunsuz miqrant işlədənlər üçün cərimələr sərtləşdirildi
FED.az xəbər verir ki, bu təklifi Rusiya Mərkəzi Bankına deputatlar Aleksey Neçayev, Sardana Aksentyeva və Vladimir Plyakin göndəriblər.
Onların sözlərinə görə, bu addım maliyyə əməliyyatlarında şəffaflığı və vergi daxilolmalarını artırmaq, kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq və iqtisadi təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. (Oxu.az)