Rusiya hökuməti iqtisadiyyatın müxtəlif sahələrində qənaətvə xərcləri azaltmaq barədə düşünməyə başlayıb.
FED.az xəbər verir ki, bu məsələ, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının sədri Valentina Matviyenko ilə baş nazir Mixail Mişustinin görüündə müzakirə edilib. Görüşdə Şura sədri dövlət tərəfindən maliyyələşdirilən forumların səmərəliliyinin təhlil edilməsini və onların sayının azaldılmasını tələb edib.
«İndi hamımız qənaətcil yaşamalı, hər qəpiyimizə qənaət etməliyik», - deyə Matviyenko bildirib. Matviyenko federal və regional büdcələr hesabına maliyyələşdirilən mövcud forumlar sisteminin yenidən nəzərdən keçirilməsini təklif edib. O, hökumət vəsaitinə qənaət etmək üçün bəzi forumların hər il deyil, iki-üç ildən bir keçirilməsini təklif edib. Şura sədri bildirib ki, forumlar çox vəsait xərcləməklə yanaşı, məmurlar gündəlik işlərindən də yayındırır.
Baş nazir Mixail Mişustin Federasiya Şurası sədrinin təşəbbüsünü dəstəkləyərək, hədəflənmiş təsiri olmayan tədbirlərin qarşısını alacağına söz verib. O, həmçinin qeyd etdi ki, bu cür işləri biznes və sənayeçilər təşkil etməlidirlər, hökumət isə buna müəyyən dəstək verməlidir.
Xatırladaq ki, bir qədər əvvəl maliyyə naziri Anton Siluanov federal büdcə xərclərinin 2019-cu ildən bəri 2,3 dəfə artdığını bildirmişdi. O, bunu pandemiyadan tutmuş sanksiyalara qədər xarici şəraitlə əlaqələndirmişdi. Maliyyə naziri qeyd etdi ki, xərclərin sürətli artımından sonra indi təmkinli xərcləməyə keçmək lazımdır.














