Avqustun 22-də Rusiyada dollar yenidən bahalaşmağa başlayıb. FED.az xəbər verir ki, hərracların gedişində dolların məzənnəsi son bir həftə ərzində yenidən 68 rublu keçərək 68,01 rubl təşkil edib.
Avro da bahalaşaraq əvvəl 78 rublu, sonra isə 79 rublu keçərək 79,02 rubl olub. Bu isə aprelin 11-dən bəri avronun ən yüksək məzənnəsidir. Ümumilikdə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının elan olunduğu avqustan 9-dan indiyədək Rusiya rublu dollar qarşısında 6% dəyərdən düşüb.