Rusiyada ABŞ dolları və avronun məzənnəsinə limit qoyulub.
Eləcə də bax: Rusiya: Neft 25 dollara düşsə belə, pul ehtiyatlarımız 6-10 il bəs edəcək
FED.az xəbər verir ki, Moskva Birjası dolların və avronun rubla məzənnəsi üzrə limitlər müəyyən edib. Dollar üzrə limit 75,2 rubl, avro üzrə 85,8 rubl müəyyən edilib.
Moskva Birjasının saytında deyilir ki, birja hərraclar başlayana qədər dollar və avronun məzənnə hədlərini müəyyən edir.
Bir qədər əvvəl birja dolların məzənnə həddini 76,4 rubla, avro üçün isə 87,3 rubla çatdırıb.