Rusiyada dolların məzənnəsi fevralın 28-dən bəri ilk dəfə 88 rubldan aşağı düşüb.
FED.az xəbər verir ki, hərracların açılışı zamanı fevralın 28-dən bu yana ilk dəfə dolların məzənnəsi 88 rubldan aşağı enib.
Avropa valyutası da avro da ilk dəfə olaraq 96 rubla qədər ucuzlaşıb.
Moskva vaxtı ilə saat 10:09-a olan məlumata görə, dollar ucuzlaşmasını 87,7 rubla (-2,2%), avro 96,43 rubla (-0,17%) kimi sürətləndirib. (Apa)