Rusiyada rubl ABŞ dolları qarşısında zəifləməyə başlayıb.
FED.az xəbər verir ki, Moskva birjasında avqustun 20-də 1 ABŞ dollarının məzənnəsi 0,7 rubl yüksələrək 74,1 rubl olub. Artıq Rusiya Mərkəzi Bankı avqustun 21-də dolların rəsmi məzənnəsini 73,7 rubl təyin edib ki, bu da əvvəlki günlə müqayisədə 0,5 rubl yüksəkdir.
Dolların bahalaşması Rusiyada tanınmış müxalifətçi və blogger Aleksey Navalnının zəhərlənməsi ilə bağlıdır. İlkin versiyaya görə, onu zəhərləyiblər və hazırda siyasətçi komadadır.
Bu hadisədə hakimiyətin iştirakı olması təsdiqlənsə Rusiya Qərb dövlətləri tərəfindən böyük təzyiqə, əlavə sanksiyalara məruz qala bilər. Rublun dollar qarşısında ucuzlaşması da bununla bağlıdır.