Moskva birjasının açılışında dolların məzənnəsi 7,65% artaraq 81,9 rubla, avronun məzənnəsi 6,25% artaraq 87,87 rubla yüksəlib.
FED.az xəbər verir ki, ticarətin açılışında Moskva Birjası indeksi 0,13% artıb, RTS 0,46% azalıb.
Moskva vaxtı ilə saat 10:10-a olan məlumata əsasən, dollar 78,38 rubl (+3,02%), avro 84,99 rubl (+2,77%) təşkil edib.
Rublun zəifləməsinə birjada xarici valyutanın alışına görə 12 faizlik komissiyanın ləğvi şərait yaradıb. Analitik Boqdan Zvariç bildirib ki, bəzi investorlar əlavə əməliyyat xərcləri olmadan öz portfellərində valyutanın həcmini artırmaq qərarına gəliblər ki, bu da xarici valyutaya tələbin artmasına səbəb olub. (Marja)