Rusiyada ABŞ dollarının məzənnəsi 85 rublu ötüb.
FED.az xəbər verir ki, bu gün Moskva birjasında 1 ABŞ dolları 85,03 rubla qədər bahalaşıb.
Qeyd edək ki, dolların məzənnəsi sonuncu dəfə bu həddi ötən ilin aprelin 4-də keçib.
Yuanın məzənnəsi 11 qəpik artaraq 11,84 rubl, avronun məzənnəsi isə 76 qəpik artaraq 91,70 rubl təşkil edib. (Apa)