Rusiya yaxın vaxtlarda İranda “Mir” kartlarının işə salınacağına və iki ölkənin ödəniş sistemlərinin birləşdirilməsi məsələsinin tamamilə həll olunacağına ümidlidir.
Rusiya XİN: Ermənistan iqtisadiyyatı "Mir" kartlarından imtinaya görə ciddi itkilər yaşayacaq
FED.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində söyləyib.
“Milli ödəniş sistemlərinin birləşdirilməsi məsələsi ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın xüsusi mexanizmi, eləcə də mərkəzi bankların rəhbərləri arasında müntəzəm təmaslar çərçivəsində müzakirə olunur. Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə bütün problemləri həll edə biləcəyik”, – diplomat vurğulayıb. (Report)