Rusiya və İran öz aralarında hesablaşmalarda milli valyutalardan maksimum istifadə etmək və bu ölkələrin «Mir» və «Shetab» adlı ödəniş sistemlərini birləşdirmək barədə razılığa gəliblər.
Eləcə də bax: Rusiya bankı Azərbaycana pul köçürmə xidmətini - İSTİFADƏYƏ VERİB
FED.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, əsas məsələlərdən biri iki ölkənin hüquqi şəxsləri arasında hesablaşmalar üçün şərait yaradılması olub.
Tərəflər milli valyutalar – rubl və rialdan maksimum istifadə etmək barədə də razılığa gəliblər. Bir qədər əvvəl isə Rusiya Türkiyə tərəfi ilə «Mir» kartlarının Türkiyə otellərində istifadəsi ilə bağlı razılığa gəlib.