Rusiya Mərkəzi Bankı dövlət ehtiyatları üçün gündəlik valyuta alışı məbləğini rekord səviyyəyə qaldırıb.
FED.az xəbər verir ki, Bank, 7 Fevral -6 Mart dövründə gündəlik 15,7 milyard rubl (277,39 milyon dollar) məbləğində valyuta alacaq.
7 Fevral-6 Mart dövründə ümumilikdə 298,1 milyard rubl məbləğində valyuta alışı həyata keçiriləcək.
15 Yanvar-6 Fevral dövründə gündə orta hesabla 15,1 milyard rubl məbləğində alış həyata keçirilib.