Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan SWIFT əməliyyatlarının aktivləşdirilməsini xahiş edib.
Qlobal ödənişlərdə dollardan istifadə - REKORDA YÜKSƏLİB
FED.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan danışıb.
"Hazırda Rusiya bankları sanksiyalara görə SWIFT sistemindən kənarda qalıb. Bildiyiniz kimi, bu ölkə ildə 120-130 milyon ton taxıl ixrac edir. Satışın davam etməsi üçün iki şey baş verməlidir. Birincisi, satış nəticəsində pulu almalıdırlar, ikincisi, Avropa və ya digər limanlara malların daşınması üçün gəmilər sığortalanmalıdır. Sanksiyalara görə Britaniyada yerləşən sığorta şirkəti gəmiləri sığortalamır. Rusiya banklarının SWIFT sistemindən çıxarılması ilə əlaqədar pul köçürmələri yoxdur", - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, indi BMT-nin baş katibi Antonio Quterreş avqustun 28-də göndərdiyi məktubda SWIFT əməliyyatı nəticəsində yaranacaq vasitəçilik mexanizmini təklif edib. Onlar sığorta məsələsi ilə də məşğul olduqlarını bildiriblər.
Qeyd edək ki, 31 avqust tarixində Rusiya prezidenti Vladimir Putin Qətərin maliyyə dəstəyi ilə Türkiyəyə 1 milyon tondan çox taxıl göndərəcəyini bildirib.
Məlumat üçün bildirək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 sentyabr tarixində Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. (Trend)