Rusiya rublu qorumaq üçün xeyli imkanlara malikdir. FED.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinin analitikləri bildirirlər. Ekspertlərin fikrincə, rublu qorumaq üçün Rusiyanın əlində olan əsas imkanlar böyük qızıl-valyuta ehtiyatları və dövlət borcunun dünyada ən aşağı həddə olmasıdır.
Bundan başqa, analitiklər bildirir ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini də artırmaq variantını saxlayır.
«Bloomberg»in fikrincə, Mərkəzi Bankın bazardan gündəlik rubl alışını dayandırması və istiqraz satışı üzrə hər həftə keçirilən hərracları dayandırması rublun sabitləşdirilməsi yolunda mühüm addımlardan olub. Bundan başqa, dünya bazarında neft qiymətlərinin davamlı artımı da rubla dəstək verir.