Rusiya mərkəzi Bankı fevral ayından bəri ilk dəfə olaraq valyuta ehtiyatlarının həcmini açıqlayıb.
FED.az xəbər verir ki, martın sonuna valyuta ehtiyatları 604,4 milyard dollar olub. 18 fevralla müqayisədə ehtiyatlar 38,8 milyard dollar azalıb.
Eləcə də bax: Rusiyalılar qırğız bankından qızıl kart - ALA BİLƏCƏK
«Valyuta ehtiyatları 6% azalıb və bunun səbəbi valyuta intervensiyası, valyuta yenidən maliyyələşdirilməsi və aktivlərin yenidən qiymətləndirilməsi olub» - deyə bankdan bildirilib.
Qeyd edək ki, fevralın 18-də valyuta ehtiyatları tarixi rekord vuraraq 643,2 milyard dollar olmuşdu.