"Rubl hazırda xarici ticarətin dinamikasının təsiri altında ucuzlaşır".
Rubl çökür! Dollar 92, avro 100 rubla yüksəldi - SON VƏZİYYƏT
ED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib.
O qeyd edib ki, rublun zəifləməsi Rusiyada əlavə inflyasiya riskləri daşıyır və Mərkəzi Bank əsas faizi (indi 7,5%) barədə qərar qəbul edərkən vəziyyəti nəzərə alacaq. Eyni zamanda, o, mövcud pul siyasətini effektiv hesab edir.
Rusiyada Dollar və Avro bahalaşmağa davam edir: avronun məzənnəsi 102 rublu, dolların məzənnəsi 93 rublu ötüb.
Qeyd edək ki, Rusiyanın xarici ticarətində profisit kəskin azalıb. Bunun səbəbi ölkənin ixrac gəlirlərinin azalması, idxalın da bir qədər artmasıdır. (Marja)