Rusiyada hər hansı defoltdan söhbət getmir.
Eləcə də bax: Rusiya Bankı: Ölkəni - DEFOLT GÖZLƏMİR
FED.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyinin öhdəliklərini yerinə yetirmək üçün bütün resursları var.
Rusiya milli valyutasının məzənnəsindən danışan Mərkəzi Bank rəhbəri bildirib ki, kapitalın hərəkətinə qoyulan məhdudiyyətlər nəzərə alınmaqla rublun məzənnəsi üzən olmalıdır. Eyni zamanda, Nabiullina vurğulayıb ki, hazırda məzənnəyə ilk növbədə ticarət balansı, yəni ixracın idxalı üstələməsi təsir edir: "Məzənnəyə gəlincə, həqiqətən də kapitalın hərəkətini məhdudlaşdırmaqla məzənnəyə təsir edən amillər əhəmiyyətli dərəcədə dəyişib. İlk növbədə, buna ticarət hesabı, ticarət saldosu və indiki halda ixracın idxalı üstələməsi faktoru təsir göstərir. Bu, əsas amildir, baxmayaraq ki, bizdə hələ də müəyyən kapital axını var". (Apa)