Rusiya Mərkəzi Bankı "maliyyə bazarlarındakı dalğalanmaları (volatilliyi) azaltmaq üçün" ilin sonuna qədər daxili bazarda xarici valyuta alışını dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Rublun daha da ucuzlaşacağı, 1 dolların - 100 Rublu Keçəcəyi Gözlənilir
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının yaydığı açıqlamada, bankın büdcə qaydalarına uyğun olaraq avqustun 10-dan ilin sonuna qədər daxili bazarda valyuta alışını dayandıracağı bildirilib. Lakin gündəlik 2,3 milyard rubl xarici valyutanın satışı ilə bağlı Milli Sərvətlər Fondu ilə bağlı əməliyyatları davam etdirəcək.
“Rusiya Mərkəzi Bankı 2023-cü il avqustun 10-dan 2023-cü ilin sonuna qədər Rusiya Maliyyə Nazirliyinin büdcə qaydasının həyata keçirilməsi ilə bağlı müntəzəm əməliyyatları çərçivəsində daxili bazarda xarici valyuta almamağa qərar verib. Fiskal qayda mexanizmi çərçivəsində xarici valyutanın alışı üzrə daxili bazarda əməliyyatların bərpası barədə qərar maliyyə bazarlarındakı faktiki vəziyyət nəzərə alınmaqla qəbul ediləcək",- məlumatda bildirilir.
Qərarın maliyyə bazarlarındakı volatilliyi azaltmaq üçün verildiyi vurğulanaraq, maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq valyuta alışlarının bərpa oluna biləcəyi qeyd edilib.
Dollar/rubl məzənnəsi dünən 2022-ci ilin martından bəri ilk dəfə olaraq dünən 98 səviyyəsini keçib.
Rusiyanın büdcə qaydalarına əsasən, neft və təbii qaz gəlirləri azalan zaman Milli Rifah Fondundan valyuta satılır, gəlirlər artdıqda isə valyuta alışı həyata keçirilir. (Marja)