Martın 21-də keçirilən iclasda Rusiya Mərkəzi Bankı ardıcıl üçüncü dəfə uçot dərəcəsini 21% səviyyəsində saxlayıb.
Rublun bahalaşması davam edə bilər?
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı siqnalı bir qədər yumşaldıb, lakin orta dərəcədə sərt qalıb. Bir çoxları Rusiya Mərkəzi Bankından daha yumşaq siqnal gözləyirdilər.
Mərkəzi Bank qeyd edib ki, inflyasiyanın dinamikası məqsədə nail olmağı təmin etməsə, Rusiya Bankı əsas faiz dərəcəsinin artırılması məsələsinə baxacaq.
Eyni zamanda, Mərkəzi Bank ilk dəfə olaraq geosiyasi amili qeyd edərək bəyan edib ki, xarici şəraitin yaxşılaşdırılması və gərginliyin azaldılması deinflyasiya effekti yarada bilər.
"Raiffeisenbank" və "BCS Financial Group" Rusiya Mərkəzi Bankının faiz dərəcəsini iyunda, "İnqosstrax-İnvestisiya İdarəetmə Şirkəti"nin isə sentyabr-oktyabr aylarında azaltmağa başlayacağını gözləyir.
Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar davam edir. Bazarların hər an bəyanatlara hazırlıqlı olmaları lazım olduğu bildirilir. (Marja)