Rusiya Bankı cümə günü əsas faiz dərəcəsini 200 baza bəndi artıraraq 18%-ə çatdırıb.
Azərbaycanda Rusiyanın «Mir» kartları işləyə bilər
FED.az xəbər verir ki, əsas faiz dərəcəsi 2022-ci ilin aprelindən bəri ən yüksək səviyyədədir. Digər yandan inflyasiya və orta uçot dərəcəsi ilə bağlı proqnozlarda yenilənib.
Belə ki, bankın inflyasiya proqnozu 2024-cü il üçün 6,5-7,0%-ə qədər artırılıb. 2025-ci ildə inflyasiyanın 4,0-4,5% diapazonuna düşəcəyi proqnozlaşdırılır ki, bu da bankın 4% hədəfinə yaxındır.
Orta uçot dərəcəsi üzrə proqnoz 2024-cü il üçün 15-15%-dən 16,9-17,4%-ə, 2025-ci il üçün isə 10-12%-dən 14-16%-ə yüksəldilib.
Rusiya Mərkəzi Bankı 2022-ci ilin fevralında, Kremlin Ukraynaya qoşun göndərməsindən dərhal sonra fövqəladə hərəkətlə uçot dərəcəsini 20%-ə qaldırmışdı.
"İnflyasiya sürətlənib və Rusiya Mərkəzi Bankının aprel proqnozundan xeyli yuxarı inkişaf edir. Daxili tələbin artması hələ də əmtəə və xidmətlər təklifinin genişlənmə imkanlarını üstələyir. İnflyasiyanın yenidən düşməyə başlaması üçün pul siyasəti daha da sərtləşdirilməlidir"- bankın açıqlamasında bildirilir.
Mərkəzi Bankın sədri Elvira Nabiullina bildirib ki, növbəti faiz qərarı sentyabrın 13-də açıqlanacaq.
Bankı ən çox narahat edən inflyasiya 2023-cü ildə 7,4%, 2022-ci ildə isə 11,9% təşkil edib. Hazırda 9,18% səviyyəsindədir və iqtisadçılar bu il bankın 4% hədəfindən xeyli yuxarı qalacağını gözləyirlər.