Rusiya Mərkəzi Bankından verilən məlumata görə, bir neçə gün öncə rublun məzənnəsindəki dəyişkənlik müvəqqəti olub.
Rusiya rublu çökdü, dollar 100 rublu keçdi – 150 RUBLA ÇATA BİLƏR
FED.az xəbər verir ki, "Rusiyanın milli valyutası ilə bağlı vəziyyət artıq stabilləşməyə başlayıb", - deyə sədr müavini Filip Qabunia bildirib.
O, tənzimləyicinin lazım gəldikdə cavab vermək üçün kifayət qədər imkanlara malik olduğunu vurğulayıb.
"Hazırda Rusiyada rublun məzənnəsi ilə əlaqədar maliyyə sabitliyinə heç bir təhlükə yoxdur",- o deyib.
Qeyd edək ki, foreks bazarlarında dolların məzənnəsi 114 rublu kemişdi.
Bu gün Rusiyada Dolların məzənnəsi 104 rubla düşüb. (Marja)